Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə asayiş bərqərar oldu

"Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız ŞuşaTanrının Azərbaycan xalqına bəxş etdiyi nemətlərdən biri müstəqil Azərbaycan dövlətidirsə, digəri Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev fenomenidir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Xocavənd Rayin Təşkilatının üzvü Elnur Məmmədovun sözlərinə görə, mənalı ömrünü Vətənimizdə qurub-yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində mühüm geostrateji ölkə kimi dünyanın Azərbaycana diqqəti daha da artdı: "Bu müdrik insanın, Qafqazda sülh ideyasının alovlu təbliğatçısının səyləri və qətiyyətli mövqeyi sayəsində milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquqlarının bərqərar edilməsinə nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə asayiş bərqərar oldu. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-nin turizm paytaxtı elan edilməsi əlamətdar hadisədir. Azərbaycan xalqı əlamətdar və tarixi dövrü yaşayır. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.Otuz ildən sonra ərazilərimizdə mövcud olan "boz" zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir.30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılmasi ilə təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin - Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir. Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və yaşayacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31