Azərbaycan dünyada az dövlətin edə biləcəyi işi bacardı - ÖZƏL
16 Oktyabr 2023 12:37 Siyasət"Azərbaycan çox əsrlik tarixinin ən əlamətdar və sevincli günlərini yaşayır. Azərbaycan dövləti uzun sürən mübarizədən sonra öz ərazi bütövlüyünü bərpa edərək bütün torpaqlarında dövlət bayrağını dalğalandırdı".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Azərbaycan prezidentinin Xankəndidə Azərbaycan bayrağı ucaltmasına münasibət bidirərkən səsləndirib. Onun sözlərinə görə, əminliklə deyə bilərik ki, Azərbaycan dünyada az dövlətin edə biləcəyi işi bacardı:
"Separatizmin kökünü kəsərək ərazisini separatçı-terrorçu ünsürlərdən təmizlədi. Kənardan hay-küy salanların istəyi isə bu qələbədən divident əldə etmək istəyənlərdir".
Azər Qasımov qeyd edib ki, Azərbaycan dövləti tarixi şəhəri olan Xankəndidə öz bayrağını qaldırmaqla tarixin bir daha geri dönməyəcəyi mesajını hər kəsə verdi.