Qarabağ erməniləri bu jurnalisti MƏHKƏMƏYƏ VERİR

Qarabağın təxliyə edilmiş erməni əhalisi jurnalist Tatul Hakobyanı məhkəməyə verməyə hazırlaşır.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, buna səbəb jurnalistin bu yaxınlarda Şuşada otellərdən birinin direktoru olmuş Sarqis Qalstyanın Azərbaycanın Qarabağdakı nümayəndəsi təyin edilməsi ilə bağlı xəbərə müəlliflik etməsidir. 

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev milliyyətcə azərbaycanlı olan polis general-mayoru Sərdar Səfərovu Xankəndiyə komendant təyin edib. Bu isə az öncə dezinformasiya yayan Tatul Akopyana qarşı etirazlara səbəb olub. Onunla bağlı məhkəməyə müraciət ediləcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31