Son 20 ildəki inkişaf özünü bütün sahələrdə göstərir - ÖZƏL

"Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda cənab İlham Əliyevin Xankəndidə olması böyük rəmzi məna daşıyır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məşhur Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciəti zamanı qeyd etdiyi kimi, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. "Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılıb. Bizə qarşı soyqırımı törədilib, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, "Xocalıya ədalət!" hərəkatı geniş beynəlxalq vüsət alıb. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Nə yaxşı ki, Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərdi, Ulu Öndər Heydər Əliyevə dəstək verdi, onu prezident vəzifəsinə seçdi. O vaxtdan bu günə qədər ölkə inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir"-deyə millət vəkili bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31