Şimali Kiprin Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub - FOTO
15 Oktyabr 2023 16:09 SiyasətAzərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 15-də Heydər Əliyev Mərkəzində olub.
Olaylar.az xəbər verir ki, ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31