Prezident İlham Əliyev Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb (YENİLƏNİB) - FOTO
15 Oktyabr 2023 20:31 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı əraziyə baxdı.
Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib.








Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31