"İlham Əliyevin gerçəkləşdirəcəyi bu səfər də tarixi hadisəyə çevriləcək"
14 Oktyabr 2023 22:04 SiyasətŞimali Kipr Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır.
Olaylar.az milli.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın Bakıya səfəri barədə deyib.
O, "tək millət üç dövlət" ifadəsinin çəkisinin böyük olduğunu vurğulayıb. Politoloq qeyd edib ki, Azərbaycan separatizmdən qurtulduğuna görə Kiprlə əməkdaşlığı genişləndirmək imkanına malikdir.
"Azərbaycan prezidenti İlham Əliyev Bakıda görüşduyu Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın "tək millət üç dövlət" ifadəsinə dəstək verib. Bu ifadənin çəkisi böyükdür, Şimali Kipr Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Keçmiş illərdə də iki dövlət arasında oxşar təşəbbüslər olub, ancaq rəsmi Bakı Qarabağdakı separatizmə görə Kipr istiqamətində addımlar ata bilməyib. Azərbaycan separatizmdən qurtulduğuna görə Kıbrısla əməkdaşlığı genişləndirmək imkanına malikdir. Ersin Tatarın Azərbaycana iki günlük səfərinin gündəmin əsas mövzularından biri olmasıyla yanaşı İlham Əliyevlə görüşüb geniş fikir mübadiləsinin aparması da tarixi hadisədir. Əlbəttə, İlham Əliyevin ölkə kənarındakı müxtəlif tədbirlərdə Ersin Tatarla ayaqüstü söhbətləri olub, ancaq ŞKTR Cumhurbaşqanının Azərbaycana dəvət olunmasının əhəmiyyəti daha böyükdür. Bunun ardı gələcək. Ersin Tatar İlham Əliyevi Şimali Kiprə dəvət edib. Azərbaycan prezidentinin Şimali Kiprə gerçəkləşdirəcəyi səfər də tarixi hadisəyə çevriləcək".