Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş təsdiq edildi

Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş təsdiq edilib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş" təsdiq edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31