Azərbaycanda təhlükəsizliyin təminatı ən yüksək səviyyədədir - Baş prokuror

Azərbaycanda təhlükəsizliyin təminatı ən yüksək səviyyədədir.

Olaylar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

K.Əliyev bildirib ki, ölkəyə gələn xarici turistlər, qonaqlar da bunu bilir:

"Qonşu ölkələrlər müqayisədə Azərbaycanda təhlükəsizlik, kirminagen duruma nəzarət kifayət qədər güclüdür".

Qeyd edək ki, oktyabrın 14-də Baş Prokurorluqda "Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar" təntənəli mərasim keçirilir. Tədbirdə Baş prokuror Kamran Əliyev də iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31