Baş Prokurorluqda Prezident İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilir

Oktyabrın 14-də Baş Prokurorluqda "Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar" təntənəli mərasim keçirilir.

Olaylar.az xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edərək Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə prokurorluq orqanlarında aparılan islahatlardan danışıb.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31