Ədalət Məhkəməsinin səhv çəkən tərəzisi - Təcavüzkara niyə göz yumulur? - VİDEO
13 Oktyabr 2023 20:23 SiyasətVətən müharibəsindən sonra Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı iddialar, vəsatətlər qaldırmaq istiqamətini götürüb.
Olaylar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində 2021 və 2022-ci ildə ölkəmizə qarşı müzakirələr keçirilib, Ermənistanın müraciəti əsasında irqi ayrı-seçkiliyin müxtəlif norma və formalarının aradan qaldırılması istiqamətində fikirlər irəli sürüldü.
"2022-ci ildə Laçın yolu ilə bağlı Ermənistan iddia qaldırdı. Ölkəmiz də qarşılığında mina terroru məsələsini ortaya qoydu. Hazırda Ermənistan Roma statutunun ratifikasiya olunması və beynəlxalq məhkəmənin tamhüquqlu üzvü olması istiqamətində prosedurları keçdikdən sonra yeni iddialarla Azərbaycana qarşı fikirlər formalaşdırır.
Bu xüsusda BMT-nin missiyasının Qarabağ İqtisadi Rayonuna gəlməsi istiqamətində fikir var idi. Lakin burada bir müəmma, paradoks, rəzillik üzə çıxmaqdadır. Ermənistan torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində bölgəyə hər hansı missiyanın gəlməsinə icazə vermirdi", - deyə o əlavə edib.
Geniş videomüsahibəni təqdim edirik: