Milli Məclisin deputatları İtaliyaya səfər edəcəklər

Milli Məclisin deputatları - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli oktyabrın 16-da İtaliya Respublikasının paytaxtı Roma şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki, deputatlar səfər çərçivəsində İtaliya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.


Səfər oktyabrın 20-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31