Putin: “Moskva Bakı və İrəvan arasında XİN başçıları səviyyəsində danışıqları təşkil etməyə hazırdır”

"Moskva Bakı ilə İrəvan arasında sülh planının gələcək inkişafı üçün ilk növbədə iki ölkənin Xarici İşlər Nazirliklərinin (XİN) rəhbərləri səviyyəsində danışıqları təşkil etməyə hazırdır".

Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

"Gündəlikdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh sazişinin hazırlanması məsələsi qalır. Rusiya tərəfi təbii ki, bu məsələdə tərəfdaşlarımıza hər cür yardım göstərməyə hazırdır. Xüsusilə Moskvada, istənilən formatda danışıqların təşkilinə hazırıq", - o bildirib.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31