Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi - VİDEO
13 Oktyabr 2023 12:52 SiyasətXəbər verdiyimiz kimi, bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.
Olaylar.az İTV-yə istinadən xəbər verir ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.
Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək "Vaqif, ay Vaqif, tanıdın məni? Evə "limonka" atdın ha, qaçdım dalınca... Tanıyarsan", -deyib.
Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31