Çoxəsrlik dövlətçilik tariximizin ən möhtəşəm və şanlı illəri - ÖZƏL

Bu günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 ili tamam olur. 20 il ərzində İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara, nailiyyətlərə imza atan Azərbaycan dövləti düşünülmüş siyasi kurs nəticəsində təkcə yerləşdiyi coğrafiyada deyil, eyni zamanda qlobal səviyyədə əsas aktorlardan birinə çevrilib. "OLAYLAR"-ın xəbərinə görə, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov İlham Əliyevin hakimiyyətinin 20 illik  dövrünə nəzər salaraq bildirib ki, bu illər ölkəmiz üçün ən möhtəşəm və şanlı illər olub:

"Prezident İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik dövlətçilik tariximizin ən möhtəşəm və şanlı illəri kimi xüsusi əhəmiyyət daşıyır". 

Hakim partiya rəsmisi deyib ki, təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış müasir Azərbaycanın müstəqilliyini Prezident İlham Əliyev genişmiqyaslı islahatlar həyata keçirməklə gücləndirərək, böyük çətinliklərdən çıxararaq dünyada söz sahibinə malik güclü dövlətə çevirib:

:Ötən 20 il ərzində ölkəmizdə bütün sahələrdə inkişafa nail olunub. Dövlət Başçısının möhtəşəm 20 illik fəaliyyətində xüsusi yeri olan Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması, həmçinin cari ilin 19-20 sentyabr tarixlərində 1 gündən də az çəkmiş antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsi Prezident İlham Əliyevin adını Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi olaraq həkk etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31