Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər

"Bu gün Azərbaycan dövlətinin milli maraqları ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tam təmin olunmaqdadır. Onun hər xarici səfəri, atdığı bütün addımlar məhs bu məqsədə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynovun sözlərinə görə, ölkəmizin əsas milli maraqlarından olan rəqabət qabiliyyətli və çox şaxəli güclü iqtisadiyyat qurmaq əsas proritet məqsədlərdəndir: "Regionda sülhün təmin olunması və inkişafa şərait yaradılması əsas məqsəddir. Son illərdə ölkəmiz əməkdaşlıq etdiyi ölkələrlə o cümlədən qonşu dövlətlərlə də bu sahədə mühüm işlər həyata keçirmişdir. Elə günü-gündən artan Azərbaycan-Gürcüstan qonşuluq, dostluq münasibətləri də buna bir misaldır. Prezident İlham Əliyevin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatdığı bildirildi. Bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar.

Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və sair kimi fikirləri əsas diqqət çəkən məqamlardan oldu. Dövlət başşısı həmçinin Azərbaycan və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayaraq, bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəklədiyini, ökələrimizin ərazi bütövlüyünün beynəlxalq hüququn fundamental prinsipi olduğunu və ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyini, həmçinin Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin birmənalı olduğunu ifadə etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31