Cənubi Qafqaz regionunin inkişafı üçün əsas amil sülhün olmasıdır- ÖZƏL

"Cənubi Qafqaz regionunin inkişafı üçün əsas amil sülhün olmasıdır. 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən Vətən müharibəsi Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Regionda sülhün bərqərar olmasına şərait yarandı".

"OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib ki, indi qarşıda duran əsas vəzifə regionda əlverişli əməkdaşlıq mühiti yaratmaq, Cənubi Qafqazın inkişafına nail olmaqdır:

"Bu baxımdan Azərbaycanın regionda aparıcı mövqeyə malik olması başadüşüləndir. Çünki Azərbaycan öz iqtisadi və təbii resurslarının potensialı hesabına bir sıra beynəlxalq və regional layihələr həyata keçirməklə təkcə özünün deyil, regionun iqtisadi inkişafına öz töhvələrini vermişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31