İlham Əliyev Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelini daha da təkmilləşdirir - ÖZƏL
13 Oktyabr 2023 11:14 Siyasət"Dövlət başçısı İlham Əliyev Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelini daha da təkmilləşdirir, yeniləşdirir, hər sahədə təcrübəsi nümunə göstərilir. Ölkəmizin iştirakı olmadan regionda hansısa iqtisadi, siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olması dövlətimizin uğurlu siyasətinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Nurlan Həsənov vurğulayıb ki, ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətimiz hər bir sahədə davamlı uğurları şərtləndirir: "Ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır. Keçirilən beynəlxalq əhəmiyətli tədbirlərdə Azərbaycanla bağlı səslənən fikirlər bir xalqın dövlətçilik tarixinə baxış olmaqla yanaşı, qazanılan uğurların bir əsrə bərabər hesabatı kimi dəyərləndirilir. Beynəlxalq qurumların hesabatlarında Azərbaycan xalqı xoşbəxt xalqlar sırasında yer tutur. Təbii ki, ölkəsinin, xalqının gələcəyini düşünən, imzasını imzalar sırasında görmək istəyən Lider daim zəfərlərə imza atacaq. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Ümumilli Lider Heydər Əliyevin qarşısında bu vədi vermişdir ki, Onun əsəri olan müasir Azərbaycanı gücləndirəcək, zənginləşdirəcək, hərtərəfli inkişaf etdirəcək, bu yolu uğurla davam etdirərək qələbələrə doğru gedəcək."