AŞPA-nın siyasi riyakarlığı - ÖZƏL
13 Oktyabr 2023 10:43 SiyasətAvropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini pisləyən "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyanın verdiyi məlumata görə, AŞPA həmçinin eyniadlı tövsiyə qəbul edib. Sənədlərdə guya Qarabağın erməni əhalisinin fiziki "məhv olmaq" təhlükəsi və Azərbaycanın hakimiyyətinin "ermənifobiya siyasəti" səbəbindən öz evlərini tərk etdiyi göstərilir.
"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı mövqeyini bildirən "Xəbər Mərkəzi" Analitik Qrupu AŞPA-nı siyasi riyakarlıq və reallıqları qəbul etməyib yalan üzərində fəaliyyət göstərməkdə ittiham edib. Analitik Qrup hesab edir ki, birmənalı olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən AŞPA bu dəfə də öz ampluasından kənara çıxa bilməyib erməni maraqlarının təminatçısı qismində mövqe sərgilədi:
"Birincisi, Azərbaycan antiterror tədbirlərini Qarabağdakı separatçılara, qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı həyata keçirib. Antiterror tədbirləri başlamadan əvvəl rəsmi Bakı dəfələrlə Qarabağın erməni sakinləri ilı heç bir problemi olmadığını bildirib, onlara hətta humanitar yardım göstərib. Günümüzdə də Qarabağda qalan erməni sakinlərə yardımlar davam edir, onlar üçün Xankəndində bütün imkanları olan sığınacaq mərkəzləri yaradılıb. Ona görə də AŞPA-dakı ermənipərəst siyasilər gözlərindəki eynəyi çıxarıb Azərbaycan dövlətinin Qarabağın erməni sakinləri üçün atdığı addımları da görsələr yaxşı olardı".
Analitik Qrup hesab edir ki, əgər AŞPA doğurdan da qərəzsiz, obyektiv bir qurum olsaydı, o zaman 30 il ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin ağır durumunu, onların məhz bu gün müdafiə etdikləri ermənilər tərəfindən öz dədə-baba topraqlarından qovulduqlarını, deportasiya və soyqırıma məruz qaldıqlarını görməməzlikdən gəlməzdi.