Uğurlu siyasət, xalqın dəstəyi Azərbaycanı qalib ölkəyə çevirdi - ÖZƏL

"Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazılıb. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əliabbas Salahzadə bildirib ki, ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin qəhrəmanlığı, şücaəti ilə qazanılan Zəfərimizdən başlanan yolun hədəfi Qarabağımızı və Şərqi Zəngəzurumuzu cənnətə çevirmək, soydaşlarımızın Böyük Qayıdışını tam şəkildə  reallaşdırmaqdır. Mərhələli şəkildə dogma yurd-yuvalarına qovuşdurulan soydaşlarımız 30 ilə yaxın dövrdə bu günü səbirsizliklə gözləyirdi. Dövlət başçısı İlham Əliyev hər zaman bu inamı ifadə edirdi ki, biz öz dogma torparlarımıza qayıdacaq, bu əraziləri dirçəldəcəyik. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Artıq xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevdən növbəti müjdəni gözləyir. Tezliklə tarixi ədalətə söykənərək Qərbi Azərbaycana da qayıdışımız təmin ediləcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hər zaman gələcəyə baxır, nə vaxt, nəyi, necə emək lazımdır bunu bilir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31