İlham Əliyevin irəli sürdüyü təşəbbüslər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır - ÖZƏL

"Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz uğurlu  inkişafına nail olub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əliabbas Salahzadə bildirib ki, ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib: "Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması həyata keçirilən təkmil sosial-iqtisadi islahatların göstəricisidir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli addımları ilə təsdiqləyən cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Azərbaycan brendi kimi dünyaya səs salan "ASAN xidmət", ABAD, DOST layihələrinin uğurlu icrasında da vətəndaş məmnunluğunun artırılması əsas hədəfdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31