İlham Əliyev adını dünya tarixinə Qarabağın Fatehi kimi yazdırdı - ÖZƏL
13 Oktyabr 2023 10:31 Siyasət"Ulu Öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğu işini Prezident İlham Əliyev uğurla davam etdirərək 2020-ci ildə bölgədə yeni reallıq yaratdı, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həyata keçirdi, Azərbaycan xalqını məğlub xalqdan qalıb xalqa çevirdi, adını dünya tarixinə Qarabağın Fatehi kimi yazdırdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik: "Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi".