SEPAH Azərbaycanı hədələdi: Məhv edərik
13 Oktyabr 2023 10:36 Siyasətİran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın sosial media hesabında paylaşım edilib.
Paylaşılan videoda yeni balistik raketlər nümayiş etdirilib, Azərbaycan Respublikası, İraqın şimalı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əraziləri qırmızı rəngdə, hədəf kimi göstərilib:
"Hər şey hədəfimizdədir, ən kiçik bir səhvə yol verdiyiniz təqdirdə məhv ediləcəksiniz", - paylaşımda yazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31