Son 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub - ÖZƏL

"İlham Əliyevin Azərbaycana Prezident kimi rəhbərlik etdiyi son 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov səsləndirib. O bildirib ki, Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib:

"Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Eyni zamanda, 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi". 

Hakim partiya rəsmisi deyib ki, Azərbaycanda güclü müdafiə sənayesi quruldu:

"Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31