Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır - Nazir müavini
12 Oktyabr 2023 18:53 SiyasətQarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Azərbaycan onları Qarabağdakı evlərinə qayıtmağa cəsarətləndirir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.
XİN rəhbərinin müavini diqqətə çatdırıb ki, Azərbaycan etnik ermənilərin və etnik azərbaycanlıların dinc şəkildə yanaşı yaşadığı öz çoxmillətli icmasını qorumaq istəyir.
Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31