Fransanın tutduğu mövqe onunla bərabər Ermənistana da böyük zərbə ola bilər - ÖZƏL
12 Oktyabr 2023 17:12 Siyasət"Fransanın Ermənistana hərbçi göndərmək cəhdləri sözün həqiqi mənasında Ermənistanı ciddi şəkildə uçuruma yuvarlamaq kimi bir şeydir".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Fransanın buraya qoşun göndərməsi, artıq Ermənistan üzərində Qərb-Rusiya qarşıdurmasının güclənməsinə xəbər verir. Sonda bu zərbə Ermənistana dəyəcək. İndi hamı deyir ki, Fransa Ermənistanı dəstəkləyir, dəstəkləyəcək. Amma tarix boyu biz görmüşük ki, qərb ölkələri ümumiyyətlə bu məsələlərdə sonuna qədər hansısa dövləti müdafiə etmirlər. Ermənistanı burada Gürcüstan variantı yarada bilərlər. Yəni 2008-ci ildə də o ilə qədər Gürcüstanı Saakaşvilini qızışdırdılar, o, Rusiya ilə müharibəyə girəndə artıq çəkilib kənarda durdular. Eyni vəziyyəti üstündən illər keçdikdən sonra Ermənistana tətbiq edirlər və bu da əslində Ermənistanı faktiki olaraq uçuruma aparır. Əgər Ermənistana hərbçi göndərməklə bölgəyə təhdid yaratmağa çalışırsa, bu Fransanın xam xəyalından başqa bir anlayış ifadə etmir. Çünki Fransanın tutduğu mövqedən nə Azərbaycan çəkinmir, nə də digər dövlətlər. Əksinə, Fransanın tutduğu mövqe onunla bərabər Ermənistana da böyük zərbə ola bilər".