YAP sədrinin müavini Nepalda səfərdədir

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) dəvəti əsasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepal Federal Demokratik Respublikasına səfər edib. 

"OLAYLAR"-a partiyadan bildirilib ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri 13-16 oktyabr tarixlərində Nepal Kommunist Partiyasının (UML) ev sahibliyi ilə bu ölkənin paytaxtı Katmanduda keçiriləcək ICAPP Daimi Komitəsinin 40-cı iclasında və Asiya-Avropa Siyasi Forumunun (AEPF) 5-ci iclasında iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31