"Fransa İslam, türk dünyasında qırğın törədən dövlətlərdən öndə gəlir" - ÖZƏL
12 Oktyabr 2023 15:28 Siyasət"Fransa Qarabağla bağlı məsələlərdə bir növ Azərbaycanı təxribata çəkmək istəyir. Qoşulmama Hərəkatında Azərbaycanın irəli sürdüyü məsələlər Fransanı çox narahat edib. Fransa Ermənistanı bu qədər dəstəkləməsəydi, Azərbaycan həmin məsələləri qaldırmazdı".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:
"Fransa bütün İslam dünyası ölkələrində bir nömrəli təxribatçıdır. Eyni zamanda onların dövlətçiliyində yüksək islamafobia və türkəfobia var. Fransa İslam, türk dünyasında qırğın törədən dövlətlərdən öndə gəlir. Fransa təkcə Afrikada son yüz il ərzində beş milyondan çox müsəlmanı qətlə yetirib. İndi onların Ermənistana qoşun göndərməsi daxili işləridir. Azərbaycanla əlaqəsi yoxdur. Sərhəddimizə də yüksək vəzifəli şəxslər göndərdilər, ancaq heç nə əldə edə bilmədilər. Azərbaycan bu cür təxribatları gözləyirdi. Fransa Xarici İşlər naziri parlamentdə ağlına gələni danışıb. Bu qadın görünür ki, siyasətdən çox uzaqdı".