Azərbaycan əraziləri minadan ən çox çirklənmiş ərazilərdən biridir - ÖZƏL
12 Oktyabr 2023 15:33 Siyasət"Azərbaycan mina problemləri ilə bağlı hazırda dünyada ən çox əziyyət çəkən ölkələrdən biridir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Artıq son məlumatlara görə bizim 315 soydaşımız şəhid, həlak olub və ya yaralanıb, şikəst olmuşdur. Bu mənada Azərbaycan bu məsələ ilə bağlı Ermənistanın cəzalandırılması üçün beynəlxalq miqyasda Ermənistana qarşı tədbirlərin görülməsi üçün və s. istiqamətlərdə məsələ qaldıra bilər, qaldırması vacibdir. Bu mövzularda heç Azərbaycanla əməkdaşlıqlar da eləmədi. İlkin dövrlərdə xəritələr təqdim etdilər. O xəritələr də dəqiq xəritələr deyildi və onların dəqiqliyi çox az idi. Bu mənada Ermənistan törətdiyi əməllərə görə, Azərbaycan vətəndaşlarına qarşı bu mina terrorunu törətməsinə görə, Azərbaycan vətəndaşlarına qarşı onların hətta müharibədən sonra da yeni minaların döşənməsi ilə bağlı fəaliyyətlərinə görə mən hesab edirəm ki, mütləq şəkildə cavab verməlidir. Kompensasiya ödəməlidir, Ermənistana qarşı təzyiqlər edilməlidir, Ermənistana qətnamələr, qərarlar qəbul edilməlidir və bu əməllərinin cəzasını almalıdır.
Azərbaycan əraziləri minadan ən çox çirklənmiş ərazilərdən biridir. Biz düşünürəm ki, bu məsələlər ilə bağlı istər Qeyri Hökumət Təşkilatları səviyyəsində, istər beynəlxalq miqyasda, istər ombudsmanımız, istər aidiyyəti qurumlarımız, parlament və s. dövlət qurumlarımız bu məsələləri davamlı şəkildə beynəlxalq ictimaiyyət diqqətində saxlamalıdırlar ki, Ermənistan bilirsiniz ki, bu gün beynəlxalq miqyasda Azərbaycana əsassız iddialar və ittihamlarla çıxış edir. Faktiki olaraq isə bizə qarşı törətdikləri bax bu mina problemləri ilə bağlı böyük bir suç işləmiş dövlət və toplumdur. Buna görə də, o, saxta iddialarla çıxış edincə, bax bu əməllərinin cavabını verməli və cəzasını çəkməlidir".