Fransanın hər bir bölgədə mövcudluğu problemlər yaradır - ÖZƏL

"Fransanın Ermənistanla əməkdaşlığı, daha doğrusu Fransa prezidenti Makronun davranışları Paşinyan üçün fərdi mənada faydalı ola bilər. Amma ümumi anlamda erməni xalqı üçün, Ermənistan dövləti üçün bu əməkdaşlığın faydalı nəticələr doğuracağına inanmıram".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Hərbi əməkdaşlıq məsələsi də Ermənistanı, erməni xalqını fəlakətə sürükləyən bir məsələdir. Ermənilər bu məsələlərdə diqqətli olmalıdırlar. Bir zamanlar Rusiyanın verdiyi silahlarla, Rusiyanın onların Qarabağı işğal etməsinə yaratdığı şəraitlə müəyyən nəticələr əldə etdiklərini zənn edirdilər və bu gün hansı durumlara düşdükləri bəllidir. İndi Fransanın qızışdırıcılığından, hərbi texnika verməsi, hərbçilər göndərməsi ilə müəyyən eyforiyaya qapılmaları onlar üçün fəlakətli nəticələr doğura bilər.
Fransanın Ermənistana hərbçi göndərməsi, bölgədə gərginliyi artıran məqamdır. Bu qətiyyən qəbul edilən bir məsələ deyil. Düşünürəm ki, Ermənistanın Fransa ilə bu şəkildə əməkdaşlıq cəhdlərinə Azərbaycan, Türkiyə və paralel olaraq Rusiya tərəfindən ciddi şəkildə etirazlar bildirilməli və yeri gələrsə, Ermənistan buna görə cəzalandırılmalıdır. Fransanın hər bir bölgədə mövcudluğu problemlər yaradır. Bu cür davranışlar isə, ümumiyyətlə gərginliyi daha da artıran məqamlardandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31