Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.

Olaylar.az xəbər verir ki, Bişkek şəhərinin "Manas" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31