“Xərçəng kimi yayılan "dənizdən-dənizə" erməni ideologiyası "dağ çayından su kanalına" səviyyəsinə endi

"Prezident İlham Əliyevin ən böyük xidmətlərindən birinin dünyada baş qaldıran və günü-gündən daha da ruhlanan erməni separatizmini dayandırmaq olub. Erməni diasporunu zəiflətdi və onun liderlərindən biri olan Ruben Vardanyanı zərərsizləşdirdi, mənəvi cəhətdən sındırdı. Yoxsa, erməni separatizmi Türkiyədə, Gürcüstanda və Rusiyada da başlayacaqdı". Olaylar xəbər verir ki, bunu Milli Məclisin parlamentin xüsusi iclasında deyın millət vəkili Razi Nurullayev qeyd edib ki, məhz bu xidmətinə görə də İlham Əliyev ayrıca mükafata layiqdir: "Xərçəng kimi yayılan "dənizdən-dənizə" erməni ideologiyası "dağ çayından su kanalına" səviyyəsinə endi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, diplomatiyanı, regionda və dünyada gedən prosesləri öz xeyrinə həll etmə bacarığını ayrıca bir fakültə kimi, mərkəz kimi öyrənmək lazımdır. Prezident İlham Əliyevin etdiklərini və apardığı davamlı, zəncir kimi bir-birinə bağlı proseslərdən ibarət, eyni zamanda bir-birini məntiqi sonluqla tamamlayan, amma mürəkkəb bir siyasətin şahmat fiqurları kimi gedişlərini dünyanın heç bir hərbi və diplomatik məktəblərində öyrənmək mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31