Haaqada Bakıya qarşı şikayət üzrə iclas başladı
12 Oktyabr 2023 14:39 SiyasətOktyabrın 12-də Haaqa Beynəlxalq Məhkəməsində "Ermənistan Azərbaycana qarşı" iddiası çərçivəsində dinləmələr başlayıb.
Olaylar.az Axar az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, dinləmələr irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqinə aiddir.
Qeyd edək ki, Azərbaycan oktyabrın 12-nə təyin edilmiş iclasın təxirə salınmasını istəsə də, məhkəmə müəyyən olunmuş qrafiki saxlamaq qərarına gəlib. Azərbaycan nümayəndə heyətinin çıxışının saat 16:00-da olacağı bildirilir.
Azərbaycanı XİN başçısının müavini Elnur Məmmədov təmsil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31