İlham Əliyevin adı tariximizə müzəffər sərkərdə kimi həkk olundu
12 Oktyabr 2023 14:33 Siyasət"Müstəqillik tariximizin önəmli hadisələrindən biri də məhz 2003-cü il prezident seçkiləridir: "Nə yaxşı ki, xalq öz doğru sözünü dedi, Prezident İlham Əliyev səslərin 76%-dən çoxunu qazanmaqla, bugünkü qələbəmizin bünövrəsini qoydu". Olaylar xəbər verir ki, bunu Milli Məclisin parlamentin xüsusi iclasında deyən millət vəkili Vüqar İskəndərovun sözlərinə görə, bu gün xalq öz çiynini liderinə söykəyib: "Nəhəng siyasətçilər onu heyrətlə izləyir, artıq bütün dünya bu siyasət qrossmeysterini tanıyır. Bu nailiyyətlərin əldə edilməsində Mehriban xanım Əliyevanın da xidmətləri misilsizdir və çox qiymətlidir. İlham Əliyevin adı tariximizə müzəffər sərkərdə kimi həkk olundu. O tarix yazdı və yazır. Qurucudur, yeni çağırışlarla xalqa yeni ölkə qurur".