İlham Əliyev bataqlıqda olan dövlətimizi dünyanın ən yüksək səviyyəsinə qaldıra bildi

"Prezident İlham Əliyevin diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə qazandıq. Əldə edilən qələbə ilə dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurulub. Bax, əsil həqiqət budur". Olaylar xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin xüsusi iclasında çıxışı zamanı deyib. Bildirib ki, xalqı dünyada tanıtdıran əsas məsələ ölkənin siyasətə təsir etmək imkanı olan fenomen tarixi şəxsiyyətlərə malik olmasıdır: "Müasir Azərbaycanın banisi, dünya siyasətində öz dəsti-xətti olan Heydər Əliyev məhz belə şəxsiyyətlərdən olub. Dövlətin gələciyinin etibarlı əllərdə olmasını düşünərək İlham Əliyevi yetişdirdi. Bu gün Azərbaycan dünya dövlət siyasətinin boy sırasında nəinki uca görünən, sözü, fikri, qəti mövqeyi olan ölkəmiz var. İlham Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək səviyyəsinə qaldıra bildi. 20 illik tarixin zirvəsi Vətən müharibəsindəki qələbə, tacı isə antiterror tədbirləri oldu. Tarixdə tərcümeyi-halımızın ən şərəfli səhifəsini düşmən üzərində qələbəni yazdıq".

Deputat vurğulayıb ki, bu gün Fransanın qarnına sancı dolub, min oyundan çıxır. İlham Əliyev diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə çaldıq: "Biz dünya erməniçiliyinə qalib gəldik. İlham Əliyev ata-babalarımızın, eləcə də bizim uzun illər yaşadığımız acıları övladlarımıza ötərmədi. Bunu obrazlı desək, dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurduq. Bax, əsil həqiqət budur. Prezidentin bütün çıxışlarının sonunda dediyi "Qarabağ Azərbaycandır!" ifadəsinin arxaısnda əslində ciddi mesaj dayanır - "Alın ha, yana-yana qalın ha. Bu Azərbaycandır, mən də onun prezidenti".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31