Ermənistanın NATO-ya üzvlük istəkləri xəyaldan ibarətdir - ÖZƏL

"Ermənistanın NATO-ya üzvlük istəkləri xəyaldan ibarətdir. Ermənistan Qərbə meyl etmək istəyə bilər, amma bu, Rusiyanın icazə verdiyi həddə ola bilər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  Ermənistanın iqtisadi durumunun Rusiya ilə asılılığından və sərhədlərinin belə ruslar tərəfindən qorunduğunu deməyə ehtiyac yoxdur:

"Azərbaycanla sülh müqaviləsi bağlanması Ermənistanı rəsmi şəkildə ərazisində münaqişə olan və qonşuları ilə problemləri olan ölkə statusundan çıxarır. Təbii ki, Ermənistan konstitusiyasındakı Türkiyə ilə əlaqəli və Qarabağla əlaqəli bəzi maddələri dəyişmək şərti ilə. Nəzəri olaraq NATO bunu Ermənistanın NATO-ya alınması üçün məqbul şərt hesab edə bilər. Amma Rusiyanın bu zaman Ermənistanın addımlarına sakit baxacağını hesab etmək sadəlövhlük olardı".

Azər Qasımov deyib ki,  Ermənistanın nəzəri olaraq NATO-ya üzv olmasını qəbul etsək, bu, hesab edirəm ki, Azərbaycan üçün də maraqlı hadisə olardı6

"Məsələ ondadır ki, Türkiyə ilə bir təşkilatda üzv olacaq Ermənistanın əvvəla Türkiyə ilə bütün problemlərini həll etməsi lazımdır. Bu, dolayısı ilə Azərbaycanla da eyni durumdur. Bu fakt əslində Ermənistanın gələcəkdə Azərbaycan və Türkiyəyə hansısa iddialarla çıxış etmək istəyinin qarşısını ala bilər və regionda bir daha erməni məsələsi deyə bir problem olmaz. Amma Türkiyə və Yunanıstan, ümumiyyətlə isə, NATO dövlətlərinin bəziləri arasında olan qarşıdurma meyllərini nəzərə alsaq, Ermənistanın NATO-ya üzv olması problemin davam etməsi anlamına da gələ bilər. Ona görə də hesab edirəm ki, Ermənistanın NATO-ya üzv olması məsələsini Rusiyanın öhdəsinə buraxmaq lazımdır. Rusiya Ermənistanın namizədliyini ondan yaxşı bilir. Nəticəni də Rusiya müəyyən edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31