İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır

"Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ağıllı şəhər, qəsəbə, kənd sistemiylə qurulur: "Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev prezident olduğu dövrdə yalnız öz xalqının xoşbəxt gələcəyini düşünüb". Bunu  İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında deputat Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib: "Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət onu dünya siyasətində əhəmiyyətli aktora çevirib. Bu gün İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31