Azərbaycanın İƏT-lə münasibətlərinin dərinləşməsinə də önəm verilir - ÖZƏL
12 Oktyabr 2023 12:31 Siyasət"Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri iqtisad üzrə fəlsəfə doktoru Fərhad Möhbalıyev səsləndirib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Məhz oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsiAzərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir:
"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi də ölkəmizin artan beynəlxalq statusundan xəbər verir".