Azərbaycan prezidenti separatizm ocağını söndürməyə nail oldu

"Prezident İlham Əliyev sözün əsl mənasında inqilab edə bildi. Bu gün Cənubi Qafqaz Prezident İlham Əliyevin strateji baxışları nəticəsində artıq həm də Avropaya açılan bir qapıdır. Cənubi Qafqazda həyata keçirilən nəqliyyat-logistika layihələri sayəsində Avropanın istehlak bazarında çox ciddi dəyişikliklər baş verib. Bu gün Cənubi Qafqaz təkcə Orta Asiyaya deyil, həm də Avropaya açılan qapıdır". Olaylar xəbər verir ki, bunu  İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında deputat Elşad Mirbəşir deyib. Deputat XXI əsr boyunca ilk dəfə olaraq separatizm ocaqlarının sayının azaldığını nəzərə çatdırıb: "Bu da Azərbaycan Prezidentinin həyata keçirdiyi inqilabi dəyişiklikdir. Artıq aktiv separatizm ocaqlarının sayı 51-dir. XX əsr boyunca separatizm ocağı söndürülməsinə dair bir fakt mövcud deyil. Amma Azərbaycan prezidenti separatizm ocağını söndürməyə nail oldu və qlobal təhlükəsizliyə mühüm töhfə verdi. Azərbaycan Prezidenti ölkəmizin, ümumilikdə regionun əhəmiyyətini artırıb. 2020-ci ilə qədər Azərbaycan Prezidenti dünyanın güc mərkəzlərində torpaqlarımızı siyasi yolla işğaldan azad etdi, 2020-ci ildə isə hərbi yolla torpaqlarımızı azad etməyə nail oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31