Yaxın Şərqdə yeni geopolitik nizam qurulur - ÖZƏL
12 Oktyabr 2023 10:55 Siyasət"HƏMASın İsrailə hücumu onun intiharı idi. HƏMAS İsrailin etdiklərini -uşaqlara, qadınlara, mülki insanlara etdiklərini etdi. Bu illər ərzində Fələstin İsrailin mülki insanlarını hədəf almayıb. Bunu HƏMAS etdi. Bu terror idi". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, HƏMAS liderləri çox yaxşı bilirdilər İsrailin cavabı kəskin və qanlı olacaq: "İsrailin həmişə hədəfi uşaq, yaşlı, dinc əhali olub. HƏMAS bunu bilə-bilə Qəzza əhalisini ət maşınının -İsrailin ağzına verdi. Qəzza şəhəri, orada yaşayananlar 21-ci əsrin faciəsidir. Bu qanlı müharibədə HƏMAS lideri İsmayıl Haniyə, İran rəhbərliyi və İsrail ifrat sağçı hakimiyyəti məsuliyyət daşıyır. İran öz geopolitik maraqlarına uyğun olaraq Qəzzanı İsrailin açıq hədəfinə gətirdi. Yaxın Şərq yenidən alova bürünüb. Yeni geopolitik nizam qurulur".