"Ermənistan nə əkibsə, onu biçir" - ÖZƏL
5 Oktyabr 2023 16:22 Siyasət"Bu taleyin təzadıdır. Həmin gün Gəncəyə atılan raketlər nəticəsində Azərbaycan şəhidlər vermişdi. Ermənistan münaqişə ərazisinə daxil olmayan şəhəri vəhşicəsinə bombalamışdı. Ancaq, əmri verən də, icra edən də Azərbaycanın ayağına gəldi. Azərbaycan buna nail ola bildi".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:
"Peyğəmbərimizin dediyi kimi, etmə bulma dünyasıdır. Ermənistan nə əkibsə, onu biçir. Onlara düşmən lazım deyil. Öz-özlərinə düşmən olublar. Görün erməniləri nə qədər qorxudublarsa, indi öz kölgələrindən də qorxurlar. Arayik orada başından böyük danışırdı. Nə oldu?
3 il sonra Azərbaycan təhlükəsizlik orqanları tərəfindən istintaqa cəlb olundu. Bu onu göstərir ki, Azərbaycan dövləti çox güclüdür. İstənilən vaxt düşmənin üzərinə gedə, diz çökdürə. Bu həm də Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətlə bağlıdır. İnanıram ki, hələ çox canilər Azərbaycana gətirilib, cəzasını alacaq. Arayikin Bakıya gətirilməsi isə Ali Baş Komandanın dediyi sözə əməl etməsinin daha bir bariz nümunəsidir".