"Fransa bölgədə təxribatlara, gərginliyin artmasına, müharibə ocağının yaranmasına çalışır" - ÖZƏL

"Bölgəmizdə Fransanın pozuculuq siyasəti getdikcə güclənir. Bu bir daha onu sübut edir ki, Fransanı maraqlandıran Qarabağ münaqişəsinin yaranmasından bu yana bölgədə sülhün bərpası deyil, Fransanın geosiyasi maraqlarıdır. Fransa Afrikada çox böyük məğlubiyyətə uğrayaraq, özünün əvvəlki kaloniyalarından biabırçı şəkildə qovulub. Buna görə də dünyanın Qafqaz kimi vacib bölgəsində öz varlığını bərpa etmək üçün dəridən-qabıqdan çıxır"

Bu sözləri Olaylar-a politoloq Aydın Quliyev deyib:

"Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərindəki  ı uğurundan sonra Fransa bölgədə təxribatlara, gərginliyin artmasına, müharibə ocağının yaranmasına çalışır. Bu proseslər Fransanın yenidən bölgəyə qayıtmaq prinsipi üzərində qurulub. Hər dəfə Fransanın dövlət məmurları Ermənistan nümayəndələri ilə görüşdə niyyətlərinin xoş olmadığını nümayiş etdirirlər. Fransanın Xarici İşlər Nazirlərinin hər səfərindən sonra bölgədə yeni gərginlik yaranır. Sonuncu dəfə də bunun şahidi olduq. Ketrin Kolonnanın İrəvana son səfərində Paşinyanla görüşdə Ermənistanın silahlanması və hərbi texnika ilə təmin olunması barədə razılığa gəlmələri buna sübutdur. Fransanın bölgədəki pozuculuq fəaliyyəti Ermənistanla tam sinxron şəkildə həyata keçirilir. Fransa bölgədən Rusiyanı sıxışdırıb çıxarmaq, Ermənistanla Rusiyanın arasını vurmaq və bölgəyə ayaq qoymağa çalışır. Fransanın öz mənafeyi uğruna qurduğu planlar bölgəmizə müsbət heç nə vəd etmir. Əksinə ölkədaxili, regional və dövlətlərarası münasibətləri daha da gərginləşdirir. Fransanın Ermənistanla eynilik təşkil edən planlarını məhv etmək üçün hər bir dövlət əlindən gələni etməlidir. Fransa bölgəyə yad ünsürdür. Və sıxışdırılıb çıxarılmalıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31