Mina xəritələrinin verilməsi Ermənistanın üzərinə düşən əsas öhdəliklərdən biri sayılır - ÖZƏL

"Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra məlum oldu ki, hətta separatçılar və Ermənistan Silahlı Qüvvələrinin 20 sentyabra qədər nəzarətində olmuş ərazilərdə hətta yeni, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların basdırılması həyata keçirilmişdir və bu isə elə bizim 19 sentyabrda polis əməkdaşlarının şəhid olması ilə nəticələnən hadisənin baş verməsinə də səbəb olmuşdur".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Lokal xarakterli antiterror  tədbirlərinin  keçirilməsi zamanı biz bu minaların partlaması nəticəsində bəzi hərbçilərimizin həyatını itirdiyi haqqında məlumatlar əldə etdik. Yəni, Ermənistan Silahlı Qüvvələri və eyni zamanda separatçı qurumun silahlı ünsürlərinin orada törətdiyi cinayətlər birinci deyil və hələ də Azərbaycana orada olan minaların xəritələrinin verilməməsi də törətdiyi cinayətlərin tərkib hissəsidir. Əslində bu xəritələr verilərsə, onlar bilir ki, onların cinayətlərinin miqyasının olmadığı göstərmiş olacaq. Ona görə düşünürəm ki, hazırkı vəziyyətdə Ermənistanın ən çox çəkindiyi məsələ o xəritələri verərsə, artıq onların terrorçu mahiyyətinin təkcə Azərbaycan tərəfində deyil, ümumilikdə dünya tərəfindən açıq görünəcəyidir. Bu baxımdan düşünürəm ki, bu mina terroru əgər Ermənistan o xəritələri verməsə, yenə davam edəcək. Çünki biz bilmirik hansı ərazidə nə qədər mina basdırılıb və hətta son dövrlərdə basdırıldığı üçün bəziləri isə əsas hissləri metal deyil, kaprondan və yaxud da ki, digər maddələrdən hazırlandığı üçün bir az çox çətinliklə tapılırlar. Bu baxımdan düşünürəm ki, mina terroru hələ bundan sonra uzun müddət də bizim üçün ən çətin problemlərdən birinə çevriləcək və onun qarşısının alınması üçün də təbii ki, Azərbaycan hökuməti tərəfindən ciddi tədbirlər həyata keçirilir. Amma hər halda mina xəritələrinin verilməsi də Ermənistanın üzərinə düşən əsas öhdəliklərdən biri sayılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31