Fransa köhnə əməllərindən əl çəkmir - ÖZƏL

"Fransa xarici işlər nazirinin İrəvan səfəri erməni xislətinin yeni formatdır. Yenə də köhnə anti-azərbaycan açıqlamaları". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli deyib: "Fransa köhnə əməllərindən əl çəkmir. Fransanın hər vəchlə Ermənistanı silahlandırması, Azərbaycana qarşı açıq düşmənçilikdir".

Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnan Ermənistana səfəri zamanı bildirib ki, Paris İrəvanla hərbi texnikanın tədarükünə dair saziş bağlamağa razıdır. Onun sözlərinə görə, Fransa Ermənistanla gələcək müqavilənin bağlanmasına razılıq verib: "Bu da Ermənistanın müdafiəsini təmin edə bilməsi üçün ona hərbi texnikanın verilməsinə imkan yaradacaq. Aydındır ki, mən hələlik bu məsələnin təfərrüatı üzərində dayana bilmərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31