Fransanın ermənipərəst mövqeyi danışıqların ritminə uyğun deyil - ÖZƏL

"İspaniyanın Qranada şəhərində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Aİ liderlərinin iştirakı ilə planlaşdırılan görüş  cənab  Prezident İlham Əliyevin tamamilə haqlı səbəblərdən dolayı imtina etməsi ilə baş tutmadı. Ölkə rəhbəri təklif olunan beştərəfli format daxilində antiazərbaycan meyllərinin olduğunu nəzərə alaraq və mövcud şərtlər çərçivəsində müzakirələrin aparılmasını məqsədə uyğun hesab etmir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, proseslərin hazırkı vəziyyətini, yəni, Qərb vasitəçiliyinin uğursuzluğunu şərtləndirən, görüşün müqətdaratına təsir edən bir sıra amillər mövcuddur:

"İlk olaraq danışıqlarda vasitəçi tərəf kimi təmsil olunmaq istəyən Fransanın ermənipərəst mövqeyi danışıqların ritminə uyğun deyil. Rəsmi Paris bu günə qədər və bundan sonra da İrəvanı dəstəkləyəcəyini bildirir. Fransanın İrəvana dəstəyi və işğala təşviq edən addımları regionda sabitliyin və təhlükəsizliyin qarşısında ən böyük əngəldir. Bu günə qədər Fransanın Ermənistanı silahlandırması bir çox hallarda  humanitar yardım adı altında  və yaxud İran, Hindistan kimi üçüncü qüvvələrin vasitəsilə həyata keçirilib. Lakin  oktyabrın 3-də Fransa xarici işlər naziri Ketrin Kolonanın İrəvan səfəri zamanı verdiyi açıqlamalar Paris-İrəvan əlaqələrinin yeni müstəviyə yüksəlməsi və əsgəri yardımların edilməsi ilə hərbi-texniki əməkdaşlıq səviyyəsinin yüksələcəyindən xəbər verir. Buda ölkəmiz kontekstində qəbuledilməzdir".

AVP rəsmisi deyib ki, Ermənistan və erməni lobbisi Avropada xüsusi fəallıq nümayiş etdirir və onlar hiyləgərcəsinə Azərbaycan-Ermənistan münaqişəsini dini zəmindədə qələmə verməyi bacarır və buda qoca qitədə dini baxışlarla hərəkət edən siyasilərə təsirirsiz ötüşmür:

"Bu səbəblə münasibətlərə fərqli don geyindirmək cəhdlərinin şahidi oluruq. Danışıqlarda Türkiyənin iştirakının istənilməməsinə gəlincə,  Azərbaycan Fransanın təsirlərini balanslaşdırmaq fonunda Türkiyənin danışıqlarda iştirakını tələb edirdi. Lakin Paris və Berlin ikilisi bunun əksinə çıxıb. Baxmayaraq ki, Ermənistan Ankaranın iştirakına səssiz qalıb və etirazını bildirməyib. Ermənistanın səssizliyi fonunda Fransa və Almaniyanın məlum siyasi ritorikadan çıxış etməsi ölkəmizi təklənmiş vəziyyətə qoymaq istəyindən irəli gəlir.  Qranada görüşü öncəsi Aİ tərəfindən qəbuledilməz tələbələr də irəli sürülüb. Brüssel rəsmi Bakıdan Aİ Ermənistanda yerləşmiş missiyası ilə əməkdaşlıq etməyi, hətta missiyanın sərhədlərini genişləndirərək Azərbaycan ərazisində də fəaliyyət icra etməsini istəyib. Bunu Şarl Mişelin "Euronews" ə verdiyi müsahibədən aydın sezmək mümkündür. Bu tip fikirlər Azərbaycan-Ermənistan ələqələrini normallaşdırmaqdan daha çox İrəvanı müdaifə etmək arzusundan irəli gəlir. Göründüyü kimi ölkəmiz növbəti dəfə Qərbin ikili standartları ilə üz-üzədir. Lakin artıq bilinir ki, heç bir siyasi təzyiq bizi öz haqlı mövqeyimizdən döndərəcək gücdə deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31