Ruben Vardanyanın verdiyi ifadələr dünyanı şoka salacaq - ÖZƏL
5 Oktyabr 2023 13:43 SiyasətRusiyalı iş adamı kimi Qarabağda peyda olan, sonra isə Rusiya vətəndaşlığından çıxarılan Ruben Vardanyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib Bakıya gətirildikdən sonra istintaqa ifadə verməyə başlayıb. Məlumata görə, Vardanyan ifadəsində Qarabağdakı separatçılara dəstək verən bir sıra xarici dairələrin adlarını çəkib.
"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Bakıda həbsdə olan Ruben Vardanyanın verdiyi ifadələr, dünyanı şoka salacaq. Onun sözlərinə görə, Vardanyanın Qərbin siyasi dairələrindən başlaması, heç də Rusiyanı sığorta altına ala bilməz:
"Onun ifadələri Azərbaycanın nə qədər doğru yolda olduğunu bir daha sübut edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31