İran Zəngəzur dəhlizinin əhəmiyyətini tam dərk edə bilmir - ÖZƏL

"İran Zəngəzur dəhlizinin lokal, regional və interkontinental müstəvidə əhəmiyyətini tam şəkildə qəbul edə bilmir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, dəhlizin açılması ilə regionda böyük  iqtisadi imkanlar və geniş nəqliyyat-kommunikasiya infrastrukturunun yaranması  sanksiya şəraitində yaşayan bir ölkə üçün bütün hallarda əlverişlidir:

"Ancaq Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və bu əlaqələr fonunda Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, ümumiyyətlə, regionda artan türk varlığı Tehranın ən böyük qorxusudur. Məhz bu kimi səbəblərdən  dolayı Ermənistana göstərilən dəstəyin birmənalı şəkildə Azərbaycan düşmənçiliyi kontekstində olduğu qətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31