Rusiya reallıqları qəbul etdi - ÖZƏL

"Qarabağı azad etmək üçün hətta şeytanla da müttəfiq olmaq lazım idi. Bizim bəzi özünü demokrat adlandıran ünsürlər Qərbə xoş gəlsin deyə guya Rusiya icazə verib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ukrayna Rusiyanın dizini yerə qoyub, Türkiyə regional və beynəlxalq müstəvidə gücə çevrilir, R. T. Ərdoğan faktorunu görməzdən gələrək raşist Putini önə çəkirlər: "Əgər, Rusiyanın burada rolu olubsa, heç bir problem yoxdur. Rusiya reallıqları qəbul etdi. Qərb -Fransa, Almaniya və ABŞ yenədə ermənilərin hüquqlarından danışır, onların Qarabağa köçünü müzakirə etmək istəyir. Prezident İlham Əliyev silah yolu ilə problemi həll etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31