Azərbaycanın uzun illər işğal altında qalan torpaqları gülüstana çevrilir - ÖZƏL
5 Oktyabr 2023 12:47 Siyasət"Qarabağ Azərbaycandır və nida" sözlərini qətiyyətlə dünyaya bəyan edən ölkə Prezidentimizin onu da vurğulayıb ki, biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Yap Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bu gün müasir və qüdrətli dövlətlər arasında qürurla addımlayan Azərbaycanın uzun illər işğal altında qalan torpaqları qısa zaman kəsiyində gülüstana çevrilir. Azərbaycanın davamlı inkişaf və modernləşmə yolu ilə irəliləməsi, işğaldan azad edilən şəhər və kəndlərimizin inkişafı, çiçəklənməsi xain düşmənə növbəti zərbədir".