Rəqabət Məcəlləsi rəqabəti təmin edəcəkmi? - ÖZƏL

Nəhayət uzun illərdən bəri gözlənilən Rəqabət Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Maraqlıdır, Rəqabət Məcəlləsi ölkədə rəqabəti təmin edəcəkmi? "Olaylar"ın məlumatına görə, millət vəkili Əli Məsimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul etmişdi. Dövlət başçısı həmin qəbulda bir sıra ciddi məsələlə toxunub və vacib mesajlar verib. Onların arasında Rəqabət Məcəlləsinin  normal işləməsi üçün zəruri olan məqamlar da var. Onlardan biri belə səslənir: "Haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən biznes maraqları olan dövlət məmurlarıdır. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz." Bəli, məmur sahibkarlığığından doğan inhisarlaşma və haqsız rəqbətin qarşısı uğurla alınsa, onda Rəqabət Məcəlləsi işləyəcək: "Rəqabət Məcəlləsi normal işləsə, onda Azərbaycanda azad rəqabət mühitinin formalaşmasının təkmil hüquqi bazasının yaradılmasına,rəqabət mədəniyyətinin formalaşmasına böyük töhfə olar. İnhisrçılağa qarşı sistemli mübarizə etmək, rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadi inkişaf templərini,həm məhsul və xidmətlərin keyfiyyətini xeyli artırmaq, həm də istehlakçıların hüquqlarının müadfiəsini xeyli gücləndirmək olar,eləcə də  inhisarçılıqdan qaynaqlanan süni qiymət artımının qarşını da xeyli dərəcədə almaq olar.Bunda isə həm dövlətimiz, cəmiyyətimiz,həm də onun hər bir üzvü udmuş olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31